Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Elimin şəhid balası Orxanım” başlığı altında tədbir keçirilib

27.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  6saylı  Gənclər Kitabxana filialında 26.12.2022 ci il tarixində "Elimin şəhid balası Orxanım" başlığı altında görüş  keçirildi. Tədbiri  kitabxananın müdiri Məryəm Məmmədova  açıq elan  etdi. İlk olaraq Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Daha sonra kitabxanaçı Günel Namazova şəhid həyatı haqqında qısa məlumat verdi.Tədbirdə şəhidin ailəsi,komandiri, müəllimləri,Goranboy Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı,Xoylu kənd İcra nümayəndəsi, Gəncə MKS-nin  metodistləri, Gəncə Yazarlar Birliyinin üzvləri ,1 saylı orta məktəbin şagirdləri və kitabxananın oxuculari iştirak edirdilər.Onlar Orxan haqqında öz təəssüratlarını bölüşdülər.Məktəblilərin ifasında şeirlər səslənildi.Sonda Orxana həsr olunmuş videoçarx izlənildi.

 

163.8 KB